Təhsil | Artur Şopenhauer

Uzun müddət oxuyub öyrəndikdən sonra olanlar haqqında bir qədər məlumatsız şəkildə, bəzən isə yalnış təəssüratlarla gənclik dünyamıza daxil oluruq. Davranışlarımızda bəzən əsəbilik, bəzən isə yersiz əminlik hiss olunur. Bunun da səbəbi ondan ibarətdir ki, beynimiz xeyrini görməyə çalışdığımız, amma çox vaxt doğru istifadə edə bilmədiyimiz ümumi ideyalarla doludur. Bu da əvvəlcə ümumi ideyalara, daha sonra xüsusi müşahidələrə yiyələnmək kimi beynin təbii inkişafına zidd əməllərin nəticəsidir: arabanı atın önünə bağlamaq kimi bir şeydi.

Müəllimlər şagirdlərin şeçim etmə qabiliyyətini inkişaf etdirmək, onlara azad düşünmək və mühakimə yürütmək vərdişlərini öyrətmək əvəzinə, bütün enerjilərini başqalarının söylədiyi hazır ifadələri öyrətməyə sərf edirlər. Ümumi ideyaların yalnış tətbiqi nəticəsində ortaya çıxan yalnış həyati görüşlər yalnız uzun illərin təcrübəsindən sonra düzəldilir və çox nadir hallarda bu fikirlər tamamilə düz olur və elə buna görədir ki, təhsil alan insanların çox az qismi sağlam düşüncəyə malik olur, təhsilsiz insanların isə demək olar ki, əksəriyyətində sağlam düşünmək bacarığı olur.
Dünyanı öyrənmək bütün elmlərin əsas məqsədidir; və bu biliklərdən düzgün nəticə çıxarılmasına xüsusi diqqət yetirilməlidir. Bu o deməkdir ki, xüsusi müşahidələr ümumi ideyalardan öndə gəlməlidir, həmçinin bu dar və məhdud anlayışlar geniş mənalı ideyalardan sonra gəlməlidir. Yəni, bütün təhsil sistemində formalaşma istiqamətində ortaya çıxan ideyalara əsaslanan addımlar atılmalıdır. Bu addımlardan hansısa biri ötürülsə və ya nəzərə alınmasa təhsil sistemi natamam hesab olunur, qüsurlar meydana çıxır, qəbul olunmuş planlar özünü doğrultmur və sonda dünyada təhrif olunmuş fikirlər meydana gəlir — o fikirlər ki, insanlar ondan zövq alır.

Heç bir insan yetkinlik dövrünə çatmadan öz düşüncələrini oxuya bilmir, yalnız bəzi insanlar üçün — ən azından öz həyatı ilə bağlı bir çox məsələləri aydın görə bilən və doğru düşünə bilən insanlar üçün — bu çox çətin və mürəkkəb bir iş deyil. Təhsil müddətinin ilkin dövrlərində özünü inkişafa, fərdi təcrübələrə əsaslanan xüsusi fənnlərə (süni, adi və ya təbii fənn olmasından asılı olmayaraq) diqqət yetirməyən insanlar yetkinlik dövrünə qədər dünya haqqında qeyri-müəyyən təsəvvürlərə malik olurlar .
 
Bu, o deməkdir ki, ciddi təbii qavrama üsulları axtarılmalıdır, bununla da təhsil metodiki cəhətdən inkişaf edə bilər, uşaqlarda dünya haqqında yalnış fikirlər yaranmasının qarşısı alına bilər, adətən bu fikirləri beyindən atmaq mümkün olmur. Əgər bu plan təsdiq olunsa uşaqlara sözlərin mənasını tam anlamadan istifadə etməmələri üçün onlara xüsusi diqqət ayırmaq lazım gələcək.

Frazaları əzbər öyrənmək üçün onları başa düşmək əvəzinə, sadəcə sözlərlə kifayətlənmək kimi bu qaçılmaz tendensiya bir qayda olaraq ehtiyac anında köməyə gəlir, hətta uşaqlarda belə, və bir çox təhsilli insanların nitqlərini bəsitləşdirən bu tendensiya insanlar arasında hələ də mövcuddur. Hər halda, xüsusi müşahidələrin ümumi ideyalardan öndə gəlməsinə cəhd göstərmək lazımdır, əks halda, bu uşağın dünyaya birinci ayaqdan gəlməsi kimi, ya da şeir misrasına birinci qafiyəni yazmaqla başlamaq kimi bir şey olar. 
 
Sözün əsl mənasında fikir və ideyaların təsbit edilməsinin hamıya məlum olan üsulu, uşaqlarda müşahidə qabiliyyəti yaratmazdan əvvəl, onun ağlında qərəzli fikirlər yaratmaqdır. Beləliklə, sonra o həyat təcrübəsindən başqa öz şəxsi fikirlərini də formlaşdırmaq əvəzinə, bildiyi hazır ifadələrlə dünya barədə daha çox məlumat əldə etməyə, təcrübə qazanmağa çalışır.

Həmçinin oxu: Məktəb həyatı — Həyat məktəbi

Tərcümə: Elmira Quliyeva
 

0 şərh